Hacıların ilk qrupu bu gün Azərbaycana qayıdır

Hacıların ilk qrupu bu gün Azərbaycana qayıdır

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

"Cebheinfo.az" xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq.

Ümumən 180 zəvvar Azərbaycana qayıdacaq. İkinci təyyarə yerli vaxtla saat 15:50-də yola düşəcək. 

Hacılardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.

"Cebheinfo.az"