Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - VİDEO

Sosial şəbəkələrdə Maştağa qəsəbəsində çəkilən videogörüntülər geniş müzakirələrə səbəb olub.

Yayılan kadrlarda ictimai nəqliyyatda bir kişinin qadınlara qarşı qeyri-etik hərəkətlər etdiyi əks olunub. Hadisə ilə bağlı qəsəbə sakinlərindən biri Baku TV-yə danışıb.

O, mövzuya belə münasibət bildirib:

"Həmin şəxsi qəsəbədə görmüşəm, kənd adamına bənzəyir. Qəribə hərəkətlər edir, əl-qolunu sallayaraq gəzir. Onun normal biri olmadığı hiss olunur".

Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdəki 36 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun sağlamlıq durumu nəzərə alınaraq ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.

"Cebheinfo.az"