Kamran Əliyev Binəqədidə qəbul keçirdi - FOTO

Kamran Əliyev Binəqədidə qəbul keçirdi - FOTO

Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

"Cebheinfo.az"