Rusiya Ukraynaya raket hücumu edib: Ölən və xəsarət alanlar var

Rusiya Ukraynanın Dnipropetrovsk regionuna raket hücumu həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı regionun hərbi rəhbərliyi özünün Teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, mülki obyektlər və Odessa-Zaporojets qatarına ziyan dəyib.
Bundan başqa yataqxana, gimnaziya və idarə binaları dağıntılara məruz qalıb.
Ölən və xəsarət alanlar var.
Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, Dneprdə bağça və məktəblər də hədəfə alınıb.
"Cebheinfo.az"