Tualetə telefon aparmaq böyük TƏHLÜKƏDİR

Tualetə telefon aparmaq böyük TƏHLÜKƏDİR

İngiltərənin Lestər Universitetində mütəxəssislər tualetdə telefon istifadəsinin yaratdığı risklər barədə xəbərdarlıq ediblər.

“Cebheinfo.az” xəbər verir ki, mikrobioloq Primroz Fristonun sözlərinə görə, telefonu tualetə aparmaq ciddi sağlamlıq təhlükəsi yaradır. 

O bildirib ki, sifon çəkildikdə təxminən 1,5 metrə qədər yüksələn bakteriya ilə zəngin mikroskopik maye damcıları havaya qarışır.

Bu “tualet buludu” telefonun səthinə yerləşərək E. coli və Pseudomonas kimi zərərli bakteriyaların ona keçməsinə səbəb ola bilər. Əllər yuyulsa belə, çirklənmiş telefona toxunmaq mikrobların yenidən bədənə keçməsinə şərait yaradır.

Mütəxəssislər tövsiyə edirlər ki, telefonlar həftədə ən azı iki dəfə spirt əsaslı salfetlərlə təmizlənsin və qətiyyən tualetə aparılmasın.

Əfsanə Rəcəb
“Cebheinfo.az”