"Beşiktaş" İtaliya nəhənginin hücumçusuna elçi düşdü

"Beşiktaş" İtaliya nəhənginin hücumçusuna elçi düşdü

"Beşiktaş"ın "Roma" klubundan ayrılmaq istəyən Tammi Abrahamla maraqlandığı iddia edilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə T24 məlumat verib.

Yeni mövsümdən əvvəl Can Pyero Qasperini ilə məşqçi kimi müqavilə imzalayan "Roma" Abrahamla yollarını ayıra bilər.

İngilis hücumçu 2021-ci ilin yayında "Roma"ya keçib və keçən yay "Milan"a icarəyə verilənə qədər üç mövsüm oynayıb. "Milan"ın heyətində 44 matçda çıxış edən 27 yaşlı mərkəz hücumçusu 10 qol vurub, altı məhsuldar ötürmə edib.

"Cebheinfo.az"