Redaktor Paşinyanın arvadını məhkəməyə verdi: Pedofil qalmaqalı

Redaktor Paşinyanın arvadını məhkəməyə verdi: Pedofil qalmaqalı

“Politic.am” saytının redaktoru Boris Murazi Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ona qarşı böhtan xarakterli ifadələr işlətdiyinə görə məhkəməyə verib. 

Onun sözlərinə görə, o, Akopyanın təhsil almağa getməyi planlaşdırdığı Çindən gətirmək bahasına məhkəmədə iştirakını təmin etmək niyyətindədir.

"Bir çoxlarının etdiyi kimi, onun açıqlamalarına məhəl qoymamaq olardı. Lakin kilsəyə qarşı böhtan kampaniyasına başlayanda, mən müdaxilə etməyi lazım bildim. Kilsənin onlarla birbaşa qarşıdurmaya getməsini istəmirəm, ona görə də bunu öz üzərimə götürmək qərarına gəldim. Sözünüzə görə cavab verməlisiniz”, - Murazi qeyd etdi.

“Niyə siz Akopyanın hücumlarının hədəfinə çevrilmisiniz?” sualına redaktor belə cavab verdi: 

"Bu, Anna Akopyan və Nikol Paşinyanın taktikasının bir hissəsidir. Onlar konkret din xadiminin adını çəkmədilər, guya Srbazan ilə onun xalası arasında intim münasibətdən yazıblar. Cavab olaraq konkret adlar və faktlar  göstərdim. 

Məryəm Paşinyan (Nikol Paşinyanın qızı-red.) və uşaqbazlıqda ittiham olunan Samson Tantuşyan arasındakı münasibəti göstərdim. Absurd olan odur ki, Məryəm uşaq evinə məhz onunla gedib”. 

Məhkəmədən gözləntilərinə gəlincə, Boris Murazi vurğulayıb ki, Paşinyanın hakimiyyəti altında ədalətin zəfər çalacağı ilə bağlı heç bir illüziyası yoxdur. Lakin onun fikrincə, bu, sona qədər getməli olan bir yoldur.

Murazi onu da qeyd edib ki, Anna Akopyandan mənəvi ziyana görə 2 milyon dram tələb edir: 

"Mənim üçün bu pulu nəyə xərcləyəcəyim vacibdir. Qərara gəldim ki, Ermənistanda Anna Akopyan və Nikol Paşinyanın simasında şərəfsizliyin, rüsvayçılığın və Vətənə xəyanətin simvolu olan abidə ucaldılmalıdır. 

Təbii ki, iki milyon kifayət etməyəcək, amma mən xərclərin 10 faizini öz cibimdən ödəməyə hazıram və bu abidənin özü şəxsən onlara deyil, vətənə xəyanətə aid olacaq”.

Xəzər
“Cebheinfo.az”