Qazaxa gedib qayıtmaq 350 manata başa gələcək

“Bu gün üçün Bakı - Qazax qatarına birinci klass biletin qiyməti 162 manat nəzərdə tutulub.
Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq Qazaxa gedib qayıtmaq 350 manata başa gələcək.Keçən dəfə bəzi dostlar bu xidmət üçün bir az bundan aşağı olan qiymətə ağlabatan dediklərinə görə güman ki, Azərbaycan Dəmir Yolları bir az da artırıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.
“ADY rəsmiləri deyir ki, biz bu azsaylı xidməti xüsusi şəxslər üçün nəzərdə tutmuşuq. Yəni heç biznesmenlər üçün də deyil. Özləri daha yaxşı bilər ki, kimlər üçündür”,-deyə o vurğulayıb.
Ekspert müxtəlif vaxtlar üzrə sadə yerləri və biznes üçün olan qiymətləri də təqdim edib:
“Bir daha qeyd edirəm ki, bərpa olunandan sonrakı qatar qiymətləri öncəki qiymətlərdən 3-4 dəfə bahadır. Əvvəllər kupe (standart+) 12-13 manat, SV (biznes) 22.5 manat olub.
Birinci klass oliqarxlar üçündür, bəs kupe, SV nə üçün 3-4 dəfə bahalaşmalıdır axı?
Təsəvvür edin, avtobusla 16 manata, dəmiryol ilə 20 manata Balakənə getmək olar. Sərnişindaşıma növlərinin mahiyyətinə görə tərsinə olmalıydı.
Bakı - Balakən qatarında normalda turistlər üçün nəzərdə tutulmalı olan, lakin seçim imkanı verilmədən bütün biletlərə əlavə olan yemək xidməti də süni surətdə biletin qiymətinin artırılmasına yönəlib.
Adətən mənzil başına çatan yerli sakinlərin heç biri bu qidalanmadan istifadə etmir”.
O, bir daha vurğulayıb ki, ciddi səy göstərərək 5-6 il fəaliyyətsiz olan dəmiryolla sərnişindaşımanı bərpa edən ADY -nin belə yüksək qiymətlər təklif etməsi gündəlik sərnişindaşımanın da fəlsəfəsinə uyğun olmayan bir addımdır.
Xəzər
“Cebheinfo.az”