Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Biləsuvarda minik avtomobili traktorla toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvarın Səmədabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər – sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"