İranda Ukrayna kəşfiyyatının üç əməkdaşı edam ediləcək

İranda tutulan üç Ukrayna kəşfiyyatçısına edam cəzası verilib.
"Cebheinfo.az"-ın "Tasnim"ə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Bildirilib ki, İsfahan şəhərindəki pilotsuz uçan aparat (PUA) istehsalı zavoduna hücum planlaşdırmaqda ittiham olunan üç Ukrayna kəşfiyyat əməkdaşı saxlanılıb.
İran Ali Məhkəməsinin qərarına əsasən, MOSSAD ilə əməkdaşlıq etdikləri iddia edilən bu şəxslərin iki həftə ərzində edam ediləcəyi açıqlanıb.
Məhkəmə prosesində onların İsrailin kəşfiyyat xidməti MOSSAD ilə əlaqəli olduqları və strateji əhəmiyyətə malik hərbi obyektləri hədəfə aldıqları qeyd edilir.
Edam qərarı, İranın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərə qarşı sərt mövqeyinin göstəricisi kimi qiymətləndirilir.Bundan əvvəl də İranda İsrail üçün casusluq etdiyi iddia olunan bir şəxsin edam edildiyi bildirilmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"