“Kurtlar Vadisi Pala” filmi GƏLİR

Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi”nin yeni filmi çəkilə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə layihənin unudulmaz obrazlarından “Pala”ya həyat vermiş Yüksel Arıcı danışıb.
O, qatıldığı bir proqramda çox sevilən “Pala” obrazının filminin çəkiləcəyini açıqlayıb:
“Çünki “Pala” çox sevilən obrazdır. O, mənfi xarakter olsa da, Türkiyə xalqı tərəfindən sevildi. Biz də dostlarla oturanda ağlımıza belə bir fikir gəldi. “Pala” haqqında film çəkməyə qərar verdik. Artıq belə bir layihəyə hazırlaşırıq”.
Qeyd edək ki, sənətçinin bu açıqlaması sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və filmin adının “Kurtlar Vadisi Pala” olacağı barədə iddialar yayılıb.
Elmir Mustafa
“Cebheinfo.az”