14 hərbi yük təyyarəsi İsrailə GEDİB

ABŞ, eləcə də Almaniyadan ləvazimat və təchizatla yüklənmiş 14 yeni hərbi yük təyyarəsi İsrailə gedib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada təyyarələrin İsrailin İrana qarşı hücumları başladığı 13 iyundan bəri istifadə etdiyi hava və dəniz körpülərinin bir hissəsi olaraq ölkəyə gəldiyi bildirilib.
Yükün ordunun “əməliyyat hazırlığına” dəstək məqsədi daşıdığı deyilir. Açıqlamada bunun 7 oktyabr 2023-cü ildə Qəzzada müharibənin başlamasından bu yana İsrailə gələn 800-dən çox hərbi yük təyyarəsinin davamı olduğu bildirilib.
İsrail Müdafiə Nazirliyi avadanlığın mahiyyəti ilə bağlı heç bir məlumat verməyib. Vaşinqton və Berlin də hələlik heç bir açıqlama verməyib.
Nigar Hacılı
"Cebheinfo.az"