Səfirin Təl-Əvivdəki iqamətgahına qumbara atılıb

İsrailin İrana hücumlarının kölgəsində Norveç səfirinin Təl-Əvivdəki iqamətgahına əl qumbarası atılıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sosial media hesabından bağına əl qumbarası atılan Norveçin Təl-Əviv səfiri Per Egil Selvaaqla telefonla danışdığını açıqlayıb.
Hücumu qınadığını ifadə edən Saar İsrail polisinin hücumun faillərini ən qısa zamanda tapıb qanuna təhvil verəcəyinə inandığını dilə gətirib.
Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərə görə, Norveç Xarici İşlər Nazirliyi hücumda heç bir işçinin xəsarət almadığına dair yazılı açıqlama verib.
Nigar Hacılı
"Cebheinfo.az"