DÇ-2026: Norveç millisi İtaliyanı darmadağın edib

DÇ-2026: Norveç millisi İtaliyanı darmadağın edib

2026-cı ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I qrupunun 3-cü turunun Norveç və İtaliya yığmaları arasında keçirilən matç başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, komandalar Oslodakı (Norveç) "Ullevol" stadionunda qarşılaşıblar. Qarşılaşmanı ispaniyalı Xose Sançes Martinez idarə edib. Oyun Norveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Aleksandr Syorlot Norveçi hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Nusa fərqlənib. Matçın 42-ci dəqiqəsində Erlinq Holann hesabı 3:0-a çatdırıb.

Ç-2026-nın seçmə mərhələsinin ilk üç mərhələsində Norveç millisinin doqquz xalı var və I qrupa liderlik edir. İtaliya siyahıda 4-cü sırada qərarlaşıb. Komandanın xalı yoxdur.

"Cebheinfo.az"