Britaniya İrandakı diplomatlarını geri ÇAĞIRIB

Britaniya İrandakı diplomatlarını geri ÇAĞIRIB

İngiltərə İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İrandakı səfirliyindəki britaniyalı işçilərini müvəqqəti olaraq geri çağırıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında qeyd olunub.

Buna səbəb olaraq İranda təhlükəsizliklə bağlı mövcud vəziyyət göstərilib.

Bildirilib ki, səfirlik əməkdaşları öz fəaliyyətlərinə uzaqdan davam edəcəklər.

Bundan əlavə, Böyük Britaniyanın xarici işlər naziri David Lammy özünün “X” sosial media platformasındakı yazısında hava məkanı yenidən açıldıqda Britaniya vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təşkil edəcəklərini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"