Merts məhkəməyə VERİLDİ

Merts məhkəməyə VERİLDİ

Almaniya Kansleri Fridrix Mertsin İsraillə bağlı səsləndirdiyi fikirlər ölkədə ciddi ictimai narazılıq yaradıb.

"Cebheinfo.az" xəbər verir ki, onun “İsrailin hamımız üçün etdiyi kirli işi” ifadəsi səsləndirməsi, Almaniya Konstitusiyasına zidd hərəkət kimi qiymətləndirilib və buna görə barəsində cinayət işi açılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Almaniyanın tanınmış aktyoru Diter Hallervorden, yazar Albrext Müller və keçmiş deputatların da daxil olduğu çoxsaylı ictimai fiqurların imzaladığı birgə bəyanatda qeyd edilib ki, “Merts, Almaniya Konstitusiyasının xüsusilə 9, 25 və 26-cı maddələrini pozub”.

Həmçinin vurğulanıb ki, Almaniya kansleri olmamışdan əvvəl dünyanın ən böyük silah sərmayəçilərindən olan “BlackRock” şirkətinin idarə heyətinin sədri olmuş Mertsin İsrailin hücumlarını müdafiə etməsi, BMT Nizamnaməsinə açıq şəkildə ziddir.

Bəyanatda həmçinin, Mertsin fikirlərində nasist terminologiyasından istifadə edildiyi də xüsusi vurğulanıb.

Belə ki, nasist zabiti Auqust Haefnerin 1942-ci ildə Babi Yar (insanlığın indiyə qədər bildiyi ən dəhşətli vəhşiliklərdən biridir) qətliamı zamanı 34 min yəhudinin öldürülməsini məhz “kirli iş” (“dreckige Arbeit”) ifadəsi ilə əsaslandırmağa çalışdığı qeyd olunub.

Səbinə Uğur 
"Cebheinfo.az"