Erməni deputatların andı da dəyişir
Hakimiyyət orqanları deputat andının mətnini "Real Ermənistan" anlayışını əks etdirmək üçün dəyişdirmək istəyir.
"Hraparak" qəzetinin məlumatına görə, Ermənistan parlament andının mətnini redaktə etmək və onu Baş nazir Nikol Paşinyanın "Real Ermənistan" ideyasına uyğunlaşdırmaq qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, andda Ermənistan vətəndaşlarının təhlükəsizliyini və azadlıqlarının qorunmasını təmini üçün mümkün olan hər şeyi etmək öhdəliyi yer alacaq.
Nəşrin məlumatına görə, anddan milli məqsədlərə istinadların çıxarılması planlaşdırılır.İndiyə qədər parlament üzvləri aşağıdakı andı içiblər:
“Milli məqsədlərə çatmaq və vətəni gücləndirmək, çiçəkləndirmək naminə xalq qarşısında öhdəliklərimi vicdanla yerinə yetirməyə, Ermənistan Konstitusiyasına və qanunlarına riayət etməyə, ölkənin suverenliyinin və maraqlarının qorunmasına kömək etməyə və vətəndaş harmoniyasını, milli və ümumbəşəri dəyərləri qorumaq üçün mümkün olan hər şeyi etməyə and içirəm”.
Parlament sədri Alen Simonyan və deputatlar Arusyak Culhakyan və Hasmik Hakobyan tərəfindən təqdim edilən layihədə "milli məqsədlərə çatmaq naminə" və "milli və ümumbəşəri dəyərləri qorumaq" ifadələrinin çıxarılması təklif olunur.
Bunun əvəzinə, and Ermənistan vətəndaşlarının təhlükəsizliyini və azadlıqlarının qorunmasını təmini üçün mümkün olan hər şeyi etmək öhdəliyini özündə əks etdirəcək.
Bundan əlavə, mətnin Nikol Paşinyanın müharibədən sonrakı ən məşhur sözlərindən biri ilə yekunlaşdırılması təklif olunur: "Həlak olan qəhrəmanlara eşq olsun və yaşasın Ermənistan Respublikası!"
Xəzər
“Cebheinfo.az”

