Fransada bütün dövrlərin ən isti gecəsi OLUB
Fransız meteoroloqları dünən gecə ölkədə ən yüksək temperaturu qeydə alıblar.
Bu, 2019-cu ildə qeydə alınan rekorddan, yəni bütün dövrlərinin ən yüksək temperaturundan da yüksəkdir.
“Cebheinfo.az” -ın milli hava xidməti olan “Meteo France”-a istinadən verdiyi məlumata görə, ölkədə orta temperatur 21,6 dərəcə Selsiyə çatıb. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb və 21,4 dərəcə Selsi olub.
Fransada 17 iyundan bəri isti dalğaları müşahidə olunur və bir neçə departament 21 iyundan etibarən ən yüksək qırmızı hava xəbərdarlığı səviyyəsini elan edib. 23 iyun tarixinə olan məlumata görə, qırmızı xəbərdarlıq səviyyəsi ölkənin Avropa hissəsindəki departamentlərin yarısından çoxunu (96-dan 54-ü) əhatə edir və bir neçə bölgədə temperaturun 40 dərəcə Selsidən çox olacağı gözlənilir.
Nəticədə 5000-dən çox təhsil müəssisəsi bağlanıb və ya cədvəlləri dəyişdirilib, dəmir yolu xidmətləri məhdudlaşdırılıb. Anormal istilər səbəbindən ən azı beş nəfər ölüb. Ən azı 20 nəfər su hövzələrində boğulub ki, bu da isti havanın təsiri ilə bağlıdır.
Xəzər
“Cebheinfo.az”

