Trampdan İrana JEST

Trampdan İrana JEST

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından 19 milyon barel neft keçdiyini və İranın nüvə təftişlərini qəbul etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial mediada İranla davam edən sülh danışıqları barədə açıqlamalar verib.

ABŞ Prezidenti Hörmüz boğazından 19 milyon barel neft keçdiyini qeyd edib.

O, bu rəqəmi "bütün dövrlərin ən böyük daşınması" kimi xarakterizə edib və neft qiymətlərinin düşdüyünü vurğulayıb.

Bununla yanaşı, ABŞ Prezidenti nüvə sazişi çərçivəsində İranın nüvə təftişlərini qəbul etdiyini iddia edib. Əks təqdirdə danışıqların aparıla bilməyəcəyini deyib.

Tramp həmçinin İrana göndərilən vəsaitin mərhələli şəkildə veriləcəyini, bu pulla yalnız ABŞ-dən kənd təsərrüfatı məhsullarının alına biləcəyini iddia edib.

Nigar Hacılı 
"Cebheinfo.az"