Hörmüz boğazı beynəlxalq ticarət üçün açıldı
İran Silahlı Qüvvələri Hörmüz boğazını açıb.
Lakin gündəlik olaraq yalnız məhdud sayda gəminin keçməsinə icazə verilir.
“Cebheinfo.az”-ın məlumatına görə, “Fars” agentliyi belə yazır.
“Oman News Agency” isə qeyd edir ki, İran və Oman Hörmüz boğazında gəmiçiliyin gələcək idarəçiliyi üçün prosedurların hazırlanması məqsədilə birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Bu arada ABŞ Prezidenti Tramp dünən Hörmüz boğazından 19 milyon barel neftin keçdiyini bəyan edib.
“Bu, bütün zamanların rekordudur. Neft qiymətləri düşür və dünya daha təhlükəsiz bir məkandır”, - deyə Tramp qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

