Ermənistanda seçkilərin ikinci turu ola bilərmi?
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün ölkə üzrə 2005 seçki məntəqəsinin ilkin nəticələrini elan edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, birinci yerdə Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası qərarlaşıb. Hakim partiya seçicilərin 49.81 fazinin və ya 727.160 nəfərinin səslərini qazanıb.
İkinci yerdə rusiyalı milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku gəlir. O, 23.29 faiz və ya 340.062 səs alıb.
Eks-prezident Robert Köçəryanın "Ermənistan" bloku seçicilərin 9.94 faizini və ya 145.097 səs əldə edib. Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4 faiz və ta 58.368 səs toplayıb.
Ümumilikdə, 1 milyon 476 min 916 seçici səsi hesablanıb.
Beləliklə, heç bir partiya 50 faizdən artıq səs toplaya bilmədiyinə görə, seçkilərin ikinci turu keçirilə bilər.
Müşfiq Abdulla
"Cebheinfo.az"


