Uşaqlarda nitq və inkişaf ləngiməsinin erkən əlamətləri
Uşaqlarda nitq və inkişaf bacarıqlarının yaşa uyğun formalaşması sağlam inkişafın əsas göstəricilərindən biridir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Mütəxəssislər bildirir ki, yaşa uyğun söz ehtiyatının formalaşmaması, sosial təmasdan yayınma, göz kontaktının zəif olması və ya yaşıdları ilə ünsiyyətdə gerilik göstərməsi inkişaf ləngiməsinin erkən əlamətləri kimi qiymətləndirilə bilər.
Bu hallarda valideynlərə tövsiyə olunur:
*Uşağın inkişaf göstəricilərini mütəmadi izləmək;
*Gündəlik ünsiyyət və interaktiv oyunları artırmaq;
*Ekran vaxtını məhdudlaşdırmaq və sosial ünsiyyətə təşviq etmək;
*Gecikmə müşahidə olunduqda mütəxəssisə müraciət etmək.
Erkən diqqət və vaxtında müdaxilə uşağın sağlam inkişafında həlledici rol oynayır.
Gülər
"Cebheinfo.az"


