İran Prezidenti əyalət başçılarının səlahiyyətlərinin artırılmasını istəyir

İran Prezidenti Məsud Pezeşkian əyalət başçılarının səlahiyyətlərinin artırılmasını istəyir.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani iyulun 7-də Mazandaran əyalətinin Sari şəhərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Məsud Pezeşkian mərkəzsizləşmənin olmamasının və nazirlik səlahiyyətlərinin əyalət başçılarına verilməsinin vacibliyini vurğulayır:
“Bu yanaşmanın məqsədi hər bölgənin yerli şəraitinə əsaslanan idarəetmə və qərar qəbuletmə modelinə keçməkdir”.
"Cebheinfo.az"