Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitir: Astroloqdan şok proqnoz

Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitir: Astroloqdan şok proqnoz

“Rusiya-Ukrayna müharibəsi ilin ikinci yarısında dayana bilər”. 

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun proqnozuna görə, tərəflər arasında qısa zamanda atəşkəs əldə oluna bilər:

“Son zamanlarda bütün dünya artıq Ukraynanın hərbi gücünün Rusiyadan çox üstün olduğunu gördü. Bu baxımdan, Moskva ilə Kiyev arasında tezliklə atəşkəs əldə oluna bilər. Rəsmi Moskvanın bu addımı atmağa məcbur qalma ehtimalı çox yüksəkdir”. 

Astroloq bununla bağlı tarix də verib:

“Rusiya-Ukrayna müharibəsi cari ilin ikinci yarısında dayana bilər. Yəni bir anda elə bir hədd çata bilər ki, qəfil danışıqlara başlayarlar. Nəzərə almaq lazımdır ki, artıq Rusiya Prezidenti Vladimir Putin də əvvəlki kimi sərt təpkilər vermir. Hətta əsir mübadiləsi kimi bəzi danışıqlarda Ukrayna tərəfinin üstün olduğu görünür”. 

Səbuhi Rəhimli Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcəyi barədə ehtimallara da toxunub:

“Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi barədə iddialar da reallığı əks etdirmir. Birmənalı şəkildə deyirəm ki, hətta Üçüncü dünya müharibəsi başlasa belə, bu, nüvəsiz müharibə olacaq. Ümumiyyətlə, nüvə müharibəsi baş verməyəcək. 

2025-ci il ərzində ruslarla ukraynalılar arasındakı müharibənin qızışma dövrü may və iyun ayları idi. Ən şiddətli toqquşmalar da məhz bu dövrdə yaşandı. Astroloji hesablamalar göstərir ki, tərəflər arasında bu ilin ikinci yarısında müharibənin aktiv fazası yaşanmayacaq. Hesablamalarıma görə, ilin ikinci yarısında Rusiya-Ukrayna müharibəsi başa çatacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”