Magistr diplomu olmayanlar işə götürülmür?

Bu gündən ali məktəblərin magistatura pilləsinə ixtisas seçimi başlayır.
İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar iyulun 7-dən 13-dək seçim etməlidirlər.
Bildirək ki, bu mərhələ hər bir namizədin yalnız növbəti iki ili üçün deyil, karyera planlaması üçün də həlledici rol oynayır.
Məhz bu prosesdə bir çox tələbə müxtəlif səbəblərdən məlumat çatışmazlığı, ailə və ətraf təsirləri kimi amillər səbəbindən səhv istiqamətə yönələ bilir.
Bəs magistratura ixtisası seçimi gələcək karyeraya nə dərəcədə təsir göstərir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə magistratura – ali təhsilin ikinci səviyyəsi, magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir:
“Magistaturanı bitirmək ali təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olmaq, elmi-tədqiqat institutlarında işləmək hüququ qazandırır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsində göstərilir ki, bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.
Məhz bakalavriat təhsilini bitmiş şəxslər və yalnız elmi-pedaqoji fəaliyyəti istisna olmaqla, digər sahələrdə işləyə bilərlər. Qeyd etdiyimiz haldan başqa işə qəbul olmaq üçün magistr təhsili şərt deyil.
Magistatura təhsili yalnız ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə, eyni zamanda elmi təqdqiqat instutlarında işə qəbul olmaq istəyən şəxslərdən tələb oluna bilər. Digər hallarda isə bakalavr təhsili yetərlidir”.
Təhsil ekspert Rizvan Fikrəroğlu isə bildirib ki, magistratura karyera yüksəlişi üçün vacib pillədir:
“Magistatura təhsili bakalavr səviyyəsində verilən ümumi biliklər üzrə daha dərin və ixtisaslaşmış biliklər verir. Məsələn, hüquq, maliyə, psixologiya üzrə ixtisaslarda daha spesifik sahə üzrə ixtisalaşmaq mümkündür.
Məhz magistr təhsili kariyerada yüksəliş imkanı verir, yəni ali təhsil müəssisələrində çalışmaq, elmi institutlarda fəaliyyət göstərmək və rəhbər vəzilərdə çalışmaq kimi üstünlüklər qazandırır.
Akademik işlərdə, beynəlxalq təşkilatlarda işləmək üçün magistr təhsili əhəmiyyətli hesab olunur. Akedemik kariyera, məsələn, doktorantura təshsili düşünən şəxslər üçün magistr təhsili keçid rolu oynayır”.
Ekspert “İş yerlərində magistatura dərəcəsinin tələbi qanunidirmi?” sualına isə maraqlı cavab verib:
“Bu sualın cavabı həm bəli, həm xeyrdir. Qanunun tələbindən çıxış etsək dövlət qulluğunda bəzi kateqoriyalar mövcuddur. Məsələn, rəhbər vəzifələrində magistr dərəcəsi artıq vacib şərtlərdəndir.
Ali təhsil müəssisələrində pedaqoji fəliyyət zamanı magistr dərəcəsi minumum şərtdi. Özəl təşkilatlarda isə bu məsələ işəgötürənin qərarı ilə müəyyən olunur.
Məsələn, bank, marketing şöbəsi deyə bilər ki, yalnız magistr dərcəsi olanları işə götürürük bu zaman bu tələb qanunsuz sayılmır. Qanunvericilikdə konkret sahələr müəyyənləşdirilərsə ki, bu ixtisalara bakalavr səviyyəsi yetərlidir, buna baxmayaraq işəgütürən əlavə tələblər irəli sürərsə, o zaman qanundan kənara çıxma halları müşahidə edilə bilər.
Ümumiyyətlə, magistr səviyyəsi şəxsi inkişaf və kariyera baxımından bir mərhələdir. Bəzi sahələrdə bu tələb qanunla müəyyənləşdirilir, digər hallarda işəgötürənin qanun çərçivəsində kənar qoyduğu tələb isə onun şəxsi qərarıdır”.
Gülər
“Cebheinfo.az”