Təyyarə qəzaya uğradı: 4 nəfər həlak oldu

Avstriyanın Zalsburq (Salzburg) federal əyalətinə bağlı Pinzgau bölgəsində həftə sonunda kiçik bir təyyarənin meşəlik əraziyə düşdüyü bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ictimai yayım şirkəti ORF-nin xəbərinə əsasən, yanğınsöndürmə xidmətinin rəsmisi Klaus Portenkirxner kiçik təyyarənin Pinzgau bölgəsindəki meşəlik sahəyə düşdüyünü bildirib.
Portenkirxner əlavə edib ki, təyyarə qəzası nəticəsində meşəlik ərazidə kiçik həcmli yanğın baş verib, lakin yanğınsöndürənlər hadisə yerinə çatdıqdan sonra alov tam söndürülüb. Polis orqanlarının verdiyi məlumata görə, Almaniyanın Münhen şəhərinə bağlı bir bölgədən havaya qalxan təyyarə Pinzgau bölgəsində qəzaya uğrayıb. Hadisədən sonra ərazi mühasirəyə alınıb və axtarış işlərinə başlanılıb. Təyyarədə olan 4 nəfərin həyatını itirdiyi açıqlanıb. Polis, həlak olan şəxslərdən 3-nün kişi, 1-nin isə qadın olduğunu bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"