Bu ölkədə zəlzələ baş verib

Yunanıstanın Zakintos adası sahillərində 4.1 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Afina Milli Rəsədxanasının Geodinamik İnstitutu Zakintos adası açığında 4.1 maqnitudalı zəlzələnin qeydə alındığını açıqlayıb.
Yerli vaxtla saat 09:20-də baş verən zəlzələnin ocağının 10,5 kilometr dərinlikdə olduğu və Zakintosun cənub-qərbində, təxminən 74 kilometr məsafədə yerləşdiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"