“Subaylıq vergisi” gündəmdə

“Subaylıq vergisi” gündəmdə

Şimali Makedoniya hökuməti ölkədə sürətlə azalan əhali sayı və aşağı doğum səviyyəsini artırmaq məqsədilə maraqlı bir təşəbbüsə hazırlaşır. 

“Cebheinfo.az” xəbər verir ki, rəsmi qurumlar evliliyi təşviq etmək üçün subaylar və tək yaşayan şəxslərə əlavə vergi tətbiqini gündəmə gətirib.

Baş nazir Xristijan Mickoski ötən cümə günü keçirilən hökumət iclasında subaylar və tək yaşayanlara yönəlik vergi tətbiqini rəsmi şəkildə təklif edib. O bildirib ki, bu təşəbbüs ailə və doğum məsələlərini milli prioritetə çevirməyi hədəfləyən geniş bir vizionun tərkib hissəsidir: 

“Evlənməyən şəxslərə vergi tətbiqini ciddi şəkildə düşünürük. Ölkəmizin səssiz şəkildə boşalmasından daha acı bir şey ola bilməz. Evlənməyən şəxslərə əlavə vergi tətbiqi gündəmimizdədir və bu məsələyə ciddi yanaşırıq”. 

Qeyd edək ki, 1,8 milyon nəfərlik əhalisi olan Şimali Makedoniyada 2024-cü ildə cəmi 16 min 61 uşaq doğulub, ölüm sayı isə 20 min 201 nəfər təşkil edib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”