Premyer Liqa: 2025/2026 mövsümünün püşkatma mərasiminin VAXTI

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq tədbir saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
"Cebheinfo.az"