Balakəndə bacısını qətlə yetirən şəxsə hökm oxunub

Balakəndə bacısını qətlə yetirən şəxsə hökm oxunub

Balakəndə bacısını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov ailə münaqişəsi zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

"Cebheinfo.az"