İsrail bu səhər də dayanmadı: 12 hədəf vuruldu

İsrailin Tehrana endirdiyi son hücum zamanı şəhərdə 12 yerin hədəf alındığı qeyd olunub.
"Cebheinfo.az" xəbər verir ki, Tehran valisi Məhəmməd Sadıq Mutəmidiyan Tehrana edilən hücumlarla bağlı açıqlama verib.
Mutəmidiyan bildirib ki, "Bu səhər Tehran vilayətində 12 nöqtə düşmən tərəfindən hücuma məruz qalıb".
O, İsrailin Tehrana etdiyi hücumlar nəticəsində 120 binanın tamamilə dağıldığını, 500 binanın isə zərər gördüyünü vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"