İsrail mobil sığınacaqların tikintisinə başlayır

İsrail hökuməti min ədəd yeni mobil sığınacaq tikməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yazıb.
Mobil sığınacaqların tikintisinə İranla münaqişə başa çatdıqdan sonra başlanılacaq. Yeni sığınacaqlarla yanaşı, mövcud 500 sığınacaqda da təmir işləri nəzərdə tutulub.
Qeyd olunur ki, təmir ediləcək sığınacaqların əsas hissəsi İsrailin mərkəzində yerləşir. Nəşrin məlumatına görə, mobil sığınacaqlar ölkənin həssas ərazilərində tikiləcək. İsrail hökumətinin bütün bu tədbirlərə, təxminən, 30 milyon dollar xərcləyəcəyi bildirilir.
"Cebheinfo.az"