İsrael Katz: ""Hizbullah" lideri öz sələflərindən ibrət götürməlidir"

“Terror baş versə, "Hizbullah" olmayacaq. "Hizbullah" lideri öz sələflərindən ibrət götürməlidir.”
APA İsrail mətbuatına əsasən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz "Hizbullah"ın münaqişəyə qoşulma ehtimalını şərh edərkən deyib.
O bildirib ki, "Hizbullah" lideri Naim Qasim ehtiyatlı olmalıdır. Çünki İsrailin terror qruplarına səbr etməyə dözümü qalmayıb.
"Cebheinfo.az"