Özbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Nazir qeyd edib ki, Özbəkistan dövlət başçısı Azərbaycana bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.
"Cebheinfo.az"