Tehrandakı Avstraliya səfirliyi fəaliyyətini dayandırdı

Tehrandakı Avstraliya səfirliyi fəaliyyətini dayandırdı

Avstraliya Tehrandakı səfirliyinin bağlanmasına dair qərar verib.

"Cebheinfo.az" xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib ki, ölkənin İrandakı səfiri Avstraliyanın İran-İsrail münaqişəsinə reaksiyasına kömək etmək üçün regionda qalacaq.

Vonq təhlükəsizlik vəziyyəti ilə əlaqədar avstraliyalıları İranı tərk etməyə çağırıb. Tərk edə bilməyən və ya getmək istəməyənlərin isə öz yerlərində sığınmaları tövsiyə olunur.

Nazir qeyd edib ki, Avstraliyanın hazırda İran vətəndaşlarına konsulluq xidmətləri göstərmək imkanları çox məhduddur.

Nigar Hacılı 
"Cebheinfo.az"