İsraildən Livana hava hücumu: Yarlananlar var

İsraildən Livana hava hücumu: Yarlananlar var

İsrailə məxsus döyüş təyyarələrinin Livanın cənubundakı müxtəlif bölgələri hədəfə aldığı hava hücumlarında 10 mülki şəxsin yaralandığı bildirilib.

"Cebheinfo.az" Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, İsrailin Sur şəhərindəki Burc Rahhal qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində 9 mülki şəxs yaralanıb.

Sayda şəhərinin Əz-Zərariyyə qəsəbəsinə endirilən başqa bir hücumda isə bir uşaq ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

İsrail ordusu dünən gecə saatlarında Livanın cənubundakı müxtəlif bölgələrə hava hücumları təşkil etmişdi. 

Ordudan verilən açıqlamada hücumların “Hizbullah”ın cənub Livan və Bəqə bölgəsindəki hərbi mövqelərinə, strateji silah istehsalı və anbar sahələrinə, eləcə də bir raket buraxılış yerinə yönəldiyi qeyd olunub.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna qarşı hava və quru hücumları demək olar ki, hər gün davam edir.

Atəşkəs qüvvəyə mindikdən bəri İsrailin təxminən 3 min pozuntuya yol verdiyi, bu müddət ərzində ən azı 213 nəfərin həlak olduğu, 508 nəfərin isə yaralandığı bildirilir.

İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son qarşıdurmalarda ələ keçirdiyi 5 strateji təpəni hələ də işğalda saxlayır.

Nigar Hacılı 
"Cebheinfo.az"