İsrailin Rusiyadakı səfirliyinin konsulluq şöbəsində yanğın baş verib
İyunun 30-da İsrailin Rusiyadakı səfirliyinin konsulluq şöbəsində kiçik yanğın baş verib, alov tez söndürülüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edilib ki, texniki işlərə görə İsrail səfirliyinin konsulluq şöbəsi yaxın günlərdə ziyarətçi qəbul etməyəcək.
"Cebheinfo.az"

