Penzada yüksək hazırlıq səviyyəsi elan edilib

Penzada yüksək hazırlıq səviyyəsi elan edilib

Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz təyyarəsinin hücumundan sonra Penzada yüksək hazırlıq səviyyəsi elan edilib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Penza administrasiyasının rəhbəri Oleq Denisov “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

Denisovun sözlərinə görə, hakimiyyət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə komissiyanın iclasını keçirib, bu iclasda zədələnmiş mənzillərin təmirinə köməklik göstərilməsi qaydasını müəyyən edib.

Əhməd
“Cebheinfo.az”