Qorxunc cinayətdə ilahi ədalət: Sevgilisini öldürdü, basdırarkən özü öldü
ABŞ-nin Alabama ştatında 44 yaşlı Daniel Robbins bir müddətdir münasibətdə olduğu 47 yaşlı sevgilisi Cessika Foldsu aralarında baş verən mübahisə zamanı boğaraq öldürüb.
"Cebheinfo.az" xəbər verir ki, üç uşaq anası olan Cessika Foldsun cəsədindən qurtulmaq istəyən Robbins bunun üçün plan hazırlayıb.
Belə ki, o, həmin gecə cəsədi pikapla meşəlik əraziyə aparıb. Sevgilisinin cansız bədənini avtomobildən düşürdükdən sonra onu sürüyərək basdırmaq üçün münasib yer axtarmağa başlayıb.
Lakin sürükləməkdən yorulan Daniel Robbins Cessika Foldsun cəsədini çiyninə qaldırmağa çalışarkən yüksək fiziki gərginlik və güclü stress nəticəsində ürək tutması keçirərək hadisə yerində ölüb.
Səhər saatlarında ərazidən keçən şəxslər mühərriki işlək, qapısı isə açıq vəziyyətdə olan pikapı görərək yerli şerif idarəsinə məlumat veriblər. Polis avtomobilin yaxınlığındakı sürükləmə izlərini izləyərək meşəlik ərazidə həm Daniel Robbinsin, həm də Cessika Foldsun meyitlərini aşkar edib.
Aparılan məhkəmə-tibbi ekspertizası nəticəsində Cessika Foldsun boğularaq qətlə yetirildiyi, Daniel Robbinsin isə ürək tutması nəticəsində öldüyü müəyyən edilib.
Rayon prokuroru Mayk Seqrest ekspertiza nəticələrini təsdiqləyərək bildirib ki, hər iki şəxsin ölümü ilə əlaqədar cinayət işi bağlanıb.
Əfsanə
"Cebheinfo.az"

