Türkiyə gəmilərin Bosfor və Dardanel boğazlarından keçid haqqını 15 % artırıb

Türkiyə gəmilərin Bosfor və Dardanel boğazlarından keçid haqqını 15 % artırıb

Türkiyə beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından tranzit keçid haqqını 15 % artırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, yeni tarif bir ton üçün 6,7 dollar təşkil edir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, bu, son dörd ildə tranzit haqqının artıq üçüncü dəfə artırılmasıdır. Tariflərin əvvəlki artımı Ankaraya əlavə olaraq 31 milyon dollar əldə etməyə imkan verib, bunun sayəsində rüsumlardan illik daxilolmalar 254 milyon dollara çatıb.

1983-cü ildən 2022-ci ilə qədər boğazlardan keçid haqqı dəyişməz olaraq qalıb və bir ton üçün 0,8 dollar təşkil edib. 2022-ci ildə Türkiyə tarifi beş dəfə artıraraq bir ton üçün 4,08 dollara çatdırıb. 2023-cü ildə tarif 4,42 dollara, 2025-ci ildə isə 5,83 dollara qədər artırılıb, indi isə bir ton üçün 6,7 dollara çatıb.

Bosfor və Dardanel boğazları Qara dənizi Mərmərə dənizi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji əhəmiyyətli dəniz arteriyalarıdır. Hər il bu boğazlardan təxminən 40 min gəmi keçir. 1936-cı il tarixli Montrö Konvensiyasına uyğun olaraq, Türkiyənin ticarət gəmilərindən rüsum almaq və fövqəladə vəziyyətlərdə hərbi gəmilərin keçidini məhdudlaşdırmaq hüququ var.

"Cebheinfo.az"