Rusiyada onlar daha çox varlanıb

Rusiyada onlar daha çox varlanıb

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən bəri 4,82 milyard dollar artıb. 

“Cebheinfo.az” xəbər verir ki, “Bloomberg Billionaires İndex”-i qismən şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Agentlik 2012-ci ilin mart ayından bəri planetin ən varlı 500 adamının sərvəti haqqında məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index”-i dərc edir.

Reytinqə görə, “Severstal” şirkətinin təsisçisi Aleksey Mordaşov ilin əvvəlindən bəri sərvətində ən böyük artımı müşahidə edib, onun kapitalı 2,29 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. 

Onu “Novatek” şirkətinin baş direktoru Leonid Mikelson (+1,8 milyard dollar, 25,5 milyard dollar), “EuroChem” və SUEK şirkətlərinin təsisçisi Andrey Melniçenko (+1,71 milyard dollar, 20,6 milyard dollar), Gennadi Timçenko (+1,15 milyard dollar, 15,4 milyard dollar) və UMMC-nin təsisçisi İsgəndər Mahmudov (+719 milyon dollar, 8,6 milyard dollar) izləyir.

Mixail Fridmanın (+588 milyon dollar, 10,7 milyard dollara), Süleyman Kərimovun (+583 milyon dollar, 11 milyard dollara) və Tatyana Kimin (+416 milyon dollar, 8,3 milyard dollara) sərvəti də artıb.

Siyahıdakı ruslar arasında sərvətdə ən böyük azalma Mixail Proxorova məxsusdur. Onun sərvəti 5,46 milyard dollar azalaraq 11,1 milyard dollara düşüb. 

“Telegram”-ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,21 milyard dollar azalaraq 12,2 milyard dollara, “Norilsk Nikel”-in prezidenti Vladimir Potaninin sərvəti isə 1,08 milyard dollar azalaraq 25,3 milyard dollara düşüb.

Xəzər
“Cebheinfo.az”