Litva nüvə silahına sahib olmaq istəyir

Litva nüvə silahına sahib olmaq istəyir

Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Litva Prezidenti Hitanas Nauseda açıqlama verib. 

“NATO-nun çəkindirmə sistemində zəif bir halqa olmağı, bir növ boz zona olaraq qalmağı qəbul edə bilmərik. Ona görə də qeyd edirəm ki, bu, Konstitusiyadan çıxarılmalıdır. 

Nüvə silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəni dəyişdirməməliyik, əksinə silməliyik”, - deyə Litva Prezidenti bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”