Ronaldo “Bismillah” deyib? - VİDEO
Kriştianu Ronaldo Xorvatiyaya qarşı keçirilən oyunda penaltini yerinə yetirərkən dua edib.
"Yeni Sabah" xəbər verir ki, onun hansı dildə dua etdiyi müzakirə mövzusu olub.
İddialara görə, təcrübəli hücumçu qarşılaşmanın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirməzdən əvvəl "Bismillah" ifadəsini səsləndirib.
Bu görüntülər və iddialar qısa zamanda sosial media platformalarında yayılıb. Azarkeşlərin böyük hissəsi hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Kriştianu Ronaldonun bu davranışını müsbət qarşılayaraq ona dəstək ifadə edən rəylər paylaşıb.
"Cebheinfo.az"

