Medvedev Xameneyinin dəfn mərasimində Rusiyanı təmsil edir

Medvedev Xameneyinin dəfn mərasimində Rusiyanı təmsil edir

28 fevralda ABŞ və İsrail hücumları zamanı Tehranda öz iqamətgahında vəfat edən ali lider Ayətullah Əli Xameneyi üçün bu gün Tehranda dəfn mərasimi keçirilir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimində çoxsaylı xarici nümayəndə heyəti də iştirak edir.

Pakistan Baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Çin və Hindistanın yüksək vəzifəli nümayəndələr də hazırda Tehrandadırlar.

Türkiyəni mərasimdə isə vitse-prezident Cövdət Yılmaz təmsil edir.

3-9 iyul tarixləri arasında keçiriləcək mərasimlər zamanı İran və İraqda milyonlarla insanın küçələrə çıxması gözlənilir. Bu səbəbdən də İran və İraqda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

İranı 37 il idarə edən Xameneyinin dəfn mərasiminin dörd ay sonra niyə təxirə salındığını izah edən rəsmilər. gecikmənin müharibə şəraiti, elan edilmiş atəşkəs və sonrakı diplomatik danışıqlar prosesi ilə əlaqəli olduğunu bildiriblər.

Nigar
“Cebheinfo.az”