Xameneyinin qisası alınacaq: KİMDƏN VƏ NECƏ?
İran Ordusunun komandanı, general-mayor Əmir Hatəmi ölkənin sabiq lideri Əli Xameneyinin qisasının alınacağını bəyan edib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Hatəmi Əli Xameneyi üçün təşkil olunan dəfn mərasimi ilə bağlı açıqlama verib.
O bildirib ki, Xameneyinin şəhid olması İranın iradəsini daha da gücləndirib:
“İran xalqının düşmənləri olan qatil ABŞ və İsrail bilməlidir ki, şəhid imamımız Xameneyinin və bütün şəhidlərimizin qisasını alacağıq”.
Qeyd edək ki, İranın sabiq lideri Əli Xameneyi ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücum nəticəsində həyatını itirib.
Xameneyi üçün Tehranda dövlət səviyyəsində vida mərasimi keçirilir. Təxminən bir həftə davam edəcək mərasimlərdən sonra onun nəşinin iyulun 9-da Məşhəd şəhərində dəfn olunacağı bildirilir.
Gülər
"Cebheinfo.az"

