Şəkidə 5 nəfəri it dişləyib - YENİLƏNİB

Şəkidə 5 nəfəri it dişləyib - YENİLƏNİB

02.07.2026-cı il tarixində saat 21:00 radələrindən başlayaraq it dişləməsi səbəbilə 5 nəfər (4 kişi, 1 qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və quduzluq əleyhinə vaksin tətbiq edilib.

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar.

məlumat yenilənir...

12:56

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

"Cebheinfo.az"