Bu küçədə yeni işıqforlar quraşdırıldı
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 16 ünvanında yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, həmin ərazidə nəqliyyat axınının intensivliyi nəzərə alınaraq 3-ü "L" tipli, 1-i isə "A" tipli olmaqla, ümumilikdə 4 işıqfor quraşdırılıb.
Yeni işıqforların istismara verilməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti nizamlı şəkildə təşkil olunub.
Bundan əlavə, ərazidə yaşayış binaları və yaxınlıqda orta məktəb, uşaq bağçasının yerləşməsi nəzərə alınaraq piyadaların yolu təhlükəsiz keçməsi üçün də zəruri şərait yaradılıb və svetoforlara piyada bölmələri quraşdırılıb.
Gülər
"Cebheinfo.az"

