Əkrəm Bəydəmirli: “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir”

Əkrəm Bəydəmirli: “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir”

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qərbi  Azərbaycan irsinə dair tədqiqatlar” layihəsinə 1 iyul tarixindən başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində Qərbi Azərbaycanın repressiya tarixini tədqiq etməklə bərabər digər sahələrində araşdırılması diqqətdə olacaq. İctimai Birliyin sədri Əkrəm Bəydəmirli bildirib ki, araşdırmalar zamanı dəqiq və reallığa cavab verən mexanizmlərin ortalığa çıxarılmasına çalışacayıq.

Sədr müşahidələrinə əsasən qeyd edib ki, totalitar sovet rejimi dövründə həm də Qərbi Azərbaycan ziyalılarının təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar çox zəifdir. O bildirib ki, məhz bu məqamlara görə, davamlı tədqiqatlara ehtiyac var. Ə.Bəydəmirli belə elmi araşdırmaların layihə maraqlarından deyil, millətin,  dövlətin strateji maraqlarından irəli gəldiyini deyib.

Layihə çərçivəsində Səs TV-də yayımlanacaq verilişlərdə Qərbi Azərbaycanın əhalisi, mədəniyyəti, tarixi abidələri, təcavüzə məruz qalan intellektual mülkiyyəti,  repressiya qurbanları, rejimin deportasiya siyasəti və digər məqamlarla bağlı geniş müzakilər aparılacaq.

"Cebheinfo.az"