Zəka Qəhrəmanlıya vəzifə verildi

Zəka Qəhrəmanlıya vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərin Audit komitələrinə yeni üzv təyin edilib.

"Cebheinfo.az" xəbər verir ki, Zəka Qəhrəmanlı AZCON şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Metropoliteni” QSC və “Azərpoçt” MMC-də Audit komitəsinin üzvü təyin olunub.

Qeyd edək ki, Z.Qəhrəmanlı eyni zamanda AZCON-da nəqliyyat bölməsi üzrə daxili audit şöbəsinin rəhbəridir. O, sözügedən vəzifəyə ötən ilin mart ayında təyin edilib. Z.Qəhrəmanlı bundan öncə Azərbaycan İnvestisiya Holdinqində daxili audit şöbəsinə rəhbərlik edib. 

"Cebheinfo.az"