Yulian Naqelsman istefaya göndərildi
Almaniya millisində ayrılıq yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, baş məşqçi Yulian Naqelsman istefaya göndərilib.
Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı.
Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
"Cebheinfo.az"

